EN

Rusiyadan Ukraynaya dəhşətli hücum: 15 nəfər öldü, 75 nəfər yaralandı

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ordusunun ölkəsinə raket və pilotsuz uçuş aparatlarının (PUA) hücumu nəticəsində azı 15 nəfərin öldüyünü, 75 nəfərin isə yaralandığını açıqlayıb.

Sitat.info xəbər verir ki, Zelenski Telegram hesabından verdiyi açıqlamada, rusların gecə saatlarında Ukraynaya raket və PUA hücumlarının paytaxt Kiyev, Odessa, Çerniqov, Nikolayev, Jitomir, Kirovoqrad və Zaporojye bölgələrini hədəf aldığını bildirib.

Rusların 440-dan çox PUA və 32 raketlə hücum etdiyini bildirən Zelenski deyib ki, bu, Kiyevə edilən ən dəhşətli hücumlardan biri idi. 

Zelenski Kiyevin 8 müxtəlif rayonunda dağıntılar baş verdiyini və insanların dağıntılar altından xilas edilməsi üçün işlərin davam etdiyini bildirib.

Odessa şəhərində axtarış-xilasetmə işlərinin davam etdiyini vurğulayan Zelenski qeyd edib ki, hazırkı məlumata görə, hücumlar nəticəsində azı 15 nəfərin öldüyünü, 75 nəfərin yaralanıb. Zelenski ölkəsinə edilən hücumları "terror hücumu" kimi xarakterizə edib:

"Rusiya prezidenti Vladimir Putin bunu yalnız müharibəni davam etdirmək üçün edir. O, müharibənin davam etməsini istəyir. Bu dünyada güclülərin buna göz yumması pisdir".

Aytac,

Sitat.info

Chosen
10
1
sitat.info

2Sources