EN

Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyənlər var SƏFİR

Modern.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib.Modern.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünün iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin media əməkdaşlığı, informasiya mübadiləsi və gələcək planlar müzakirə olunub.Mətbuatla diplomatiyanın bir araya gəldiyi toplantıda son günlər Türkiyə mediasında Azərbayacana qarşı yer alan qərəzli və yanlış informasiya siyasətilə bağlı fikir mübadiləsi aparılıb, narahatlıq ifadə olunub. Eyni zamanda qardaş ölkə mətbuatının Azərbaycan barədə yaydığı dezinformasiyalar pislənilib.Səfir Birol Akgün təəssüflə qeyd edib ki, İsrail-Fələstin, İsrail-İran münaqişəsi fonunda Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlıq münasibətlərini pozmaq istəyən qüvvələr fəallaşıblar. O, bununla əlaqədar diqqətli olmağın vacibliyini vurğulayıb.Səfir həmin qüvvələrin mediada hətta prezident Rəcəb Tayyib Ərdoğana da hücum etdiyini diqqətə çatdırıb.Mətbuat Şurasının üzvləri Türkiyənin bəzi media quruluşlarının yer verdiyi yanlış informasiyaların Türk dünyasının birliyinə zərbə vurduğunu qeyd ediblər. Bildirilib ki, həmin media qurumları, əslində təkcə Azərbaycana deyil, Türkiyənin milli maraqlarına qarşı da çıxırlar. Ona görə də Türkiyə ictimaiyyəti, aydınları, ziyalıları və dövlət adamları bu məsələyə susmamalıdır. Belə media qurumlarına açıq mövqe bildirilməli, Azərbaycan-Türkiyə qardaşlığına ləkə yaxmaq istəyənlər ifşa olunmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
1
6
modern.az

7Sources