AZ

Türkiyə ilə Azərbaycanın arasını vurmaq istəyən qüvvələr var - SƏFİR

Bu gün Türkiyənin Azərbaycandakı səfirliyində Mətbuat Şurası İdarə Heyətinin üzvlərilə görüş keçirilib.

QHT.az Gununsesi.info-ya istinadən  xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünin iştirakı ilə keçirilən görüşdə iki qardaş ölkənin media əməkdaşlığı, informasiya mübadiləsi və gələcək planlar müzakirə olunub.

Mətbuatla diplomatiyanın bir araya gəldiyi toplantıda son günlər Türkiyə mediasında Azərbayacana qarşı yer alan qərəzli və yanlış informasiya siyasətilə bağlı fikir mübadiləsi aparılıb, narahatlıq ifadə olunub. Eyni zamanda qardaş ölkə mətbuatının Azərbaycan barədə yayıdığı dezinformasiyalar pislənilib.

Səfir Birol Akgün təəssüflə qeyd edib ki, İsrail-Fələstin, İsrail-İran münaqişəsi fonunda Türkiyə ilə Azərbaycanın arasındakı qardaşlıq münasibətlərini pozmaq istəyənlər qüvvələr fəallaşıblar. O, bununla əlaqədar diqqətli olmağın vacibliyini vurğulayıb.

Səfir həmin qüvvələrin mediada hətta prezident Rəcəb Tayyib Ərdoğana da hücum etdiyini diqqətə çatdırıb.

Mətbuat Şurasının üzvləri Türkiyənin bəzi media quruluşlarının yer verdiyi yanlış informasiyaların Türk dünyasının birliyinə zərbə vurduğunu qeyd ediblər.

 

Seçilən
0
6
qht.az

7Mənbələr