EN

İsrail daha bir neçə iranlı alimi öldürmək niyyətindədir

İsrailin Baş naziri Binyamin Netanyahu ölkəsinin İrana qarşı hərbi əməliyyatı davam etdirmək əzmində olduğunu bəyan edib.

Viral.az-ın məlumatına görə, hökumət başçısı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, İranın nüvə proqramı İsrailin mövcudluğuna təhdid yaradır, çünki Tehran gücünü artırmağa və nüvə silahı yaratmağa çalışır.

Son Yazılar:

“Hər şeydən əvvəl, İranın nüvə silahı İsrail üçün ən böyük ekzistensial təhdiddir”, – o bildirib.

B.Netanyahu bəyan edib ki, İsrail Müdafiə Qüvvələri İran üçün “kütləvi qırğın silahları hazırlayan” 10 iranlı alimi öldürüb. Lakin İsrailin yeni hədəf kimi müəyyən etdiyi daha bir neçə nəfər qalıb.

O, həmçinin vurğulayıb ki, İsrail mülki əhali arasında itkiləri minimuma endirmək üçün IDF-in əməliyyatları barədə İran əhalisini xəbərdar edir.

“Biz əlimizdən gələni edirik, hətta hədəflər yaşayış məntəqələrinin mərkəzində, o cümlədən Tehranda yerləşdirildikdə belə. Biz əhalinin təxliyəsinə çağırırıq və onlar mövqeləri tərk edirlər”, – Baş nazir bildirib.

İsrail hökumət başçısı həmçinin bəyan edib ki, artıq məhv etdikləri bəzi hədəflər barədə hələ elan edilməyib. “Biz onların radarlarını, mənzil-qərargahlarını, radiostansiyalarını və tezliklə eşidəcəyiniz digər hədəfləri vururuq”, – o əlavə edib.

Chosen
7
14
viral.az

10Sources