EN

Mareska: “Los-Anceles”ə qarşı oyunda əla nəticə qazandıq”

“Çelsi”nin baş məşqçisi Entso Mareska FIFA Klub Dünya Kubokunun qrup mərhələsinin 1-ci turunun “Los-Anceles”lə oyununu (2:0) şərh edib.

Arena.az “Daily Mail” nəşrinə istinadən, 45 yaşlı italyan mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Əla nəticədir. Bu, təbiidir ki, mövsümün müvafiq mərhələsində, öhdəsindən gəlinməsi gərək olan müxtəlif şərtlər ortaya çıxır. Ümumilikdə mən hesab edirəm ki, bizim çıxışımız yaxşı idi. İndi bizə, bərpa olmaq gərəkdir, axı üç gündən sonra “Flamenqo” ilə oyunumuz var. Ancaq biz, qeyd-şərtsiz, oyuna ən yaxşı surətdə hazırlaşmağa və qalib gəlməyə çalışacağıq”, deyə Mareska vurğulayıb.

1-ci turdan sonda “Çelsi” və “Flamenqo” “D” qrupunun yarış cədvəlində 3 xalla müvafiq olaraq 1-ci və 2-ci pillərdə qərarlaşıblar. ”Esperans” və “Los-Anceles” isə müvafiq olaraq 3-cü və 4-cü pillələrdədirlər.

Chosen
4
arena.az

1Sources