İsveçrə yığmasının kapitanı Qranit Caka "Milan"a transfer olmağa yaxındır.

Offsideplus.az xəbər verir ki, hazırda "rossoneri" və "Bayer" arasında 32 yaşlı yarımmüdafiəçinin transfer məbləği üçün danışıqlar gedir. 

Razılıq əldə olunsa, Caka "Milan"la 2 illik müqavilə imzalayacaq.

O, 2023-cü ildən "Bayer"də çıxış edir. İsveçrəli iki mövsümdə Leverkuzen təmsilçisinin heyətində 99 oyuna çıxıb və 6 qol vurub.