İyunun 18-i Ukraynanın paytaxtı Kiyevdə Rusiyanın kütləvi hücumu nəticəsində həlak olanların xatirəsinə matəm günü elan edilib.
Bizim.Media xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko teleqramda məlumat yayıb.
O bildirib ki, bu gün şəhərdəki bütün bələdiyyə binalarında bayraqlar yarıya qədər endiriləcək:
“İyunun 18-də şəhərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır”.
Qeyd edək ki, iyunun 17-də gecə hücumu zamanı Rusiya Ukrayna ərazisinə 440-dan çox PUA və 32 raket atıb. İlkin məlumatlara görə, 15 nəfər həlak olub, 114 nəfər yaralanıb.
Bizim.Media