BAKI, 10 iyul. TELEQRAF
Pentaqonda keçirilən görüş zamanı İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ-nin müdafiə naziri Pit Heqset İranın təhdidləri ilə mübarizə, regional təhlükəsizlik sahəsində əməkdaşlıq və İsrail ilə ABŞ arasında strateji münasibətlərin gücləndirilməsi mövzularını müzakirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.
Bundan əlavə, Heqsetin həyat yoldaşı Cennifer Netanyahunun həyat yoldaşı Saranı Pentaqonda gəzintiyə dəvət edib.