ain.az, Azpost saytına istinadən bildirir.
2025-ci ilin yanvar–iyun ayları ərzində Mədəniyyət Nazirliyi öz tabeliyindəki müəssisələr (region mədəniyyət evləri, muzeylər, mərkəzlər) üçün müxtəlif tender elan edib. Bu tenderlər əsasən tikinti-təmir, avadanlıq alışı, PR və informasiya xidmətləri sahələrini əhatə edib. AzPost rəsmi mənbələrə istinadla bildirir ki, ilk yarımildə təxminən 2 milyon manatlıq tender həyata keçirilib.
Təmir-tikinti sahəsinə təxminən 1,728 milyon AZN ödənilib — əsasən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən icra edilib.
Digər xidmət sahələrində və infrastruktur layihələrinə əlavə təqribən 300–400 min AZN xərclənib.
Qalib şirkətlər hansılardır?
Əsaslı Tikinti və Təchizat MMC – regional mədəniyyət obyektlərinin əsaslı təmiri üçün 1 728 074 AZN
Qara Qaya MMC – 1 079 142 AZN
BAKU BUILDING MMC – 349 259 AZN
KONEKS CONSTRUCTION MMC – 390 530 AZN
RASH.M.M.TRADE AND SERVICES‑2020 MMC – 656 700 AZN
PR və informasiya üçün xərclər və qalib şirkətlər: (10 min – 300 min AZN)
Peachline MMC, Rəqəmli Dövr MMC, Caspian Trendd MMC, İcomp MMC, Atəş-D MMC və digər şirkətlər bu sektorda tender qazanıb.
AzPost.az
Paylaş
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.