AZ

Mədəniyyət Nazirliyi 2 milyonu hara xərcləyib?

ain.az, Azpost saytına istinadən bildirir.

2025-ci ilin yanvar–iyun ayları ərzində Mədəniyyət Nazirliyi öz tabeliyindəki müəssisələr (region mədəniyyət evləri, muzeylər, mərkəzlər) üçün müxtəlif tender elan edib. Bu tenderlər əsasən tikinti-təmir, avadanlıq alışı, PR və informasiya xidmətləri sahələrini əhatə edib. AzPost rəsmi mənbələrə istinadla bildirir ki, ilk yarımildə təxminən 2 milyon manatlıq tender həyata keçirilib.

Təmir-tikinti sahəsinə təxminən 1,728 milyon AZN ödənilib — əsasən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən icra edilib.

Digər xidmət sahələrində və infrastruktur layihələrinə əlavə təqribən 300–400 min AZN xərclənib.

Qalib şirkətlər hansılardır?

Əsaslı Tikinti və Təchizat MMC – regional mədəniyyət obyektlərinin əsaslı təmiri üçün 1 728 074 AZN

Qara Qaya MMC – 1 079 142 AZN

BAKU BUILDING MMC – 349 259 AZN

KONEKS CONSTRUCTION MMC – 390 530 AZN

RASH.M.M.TRADE AND SERVICES‑2020 MMC – 656 700 AZN

PR və informasiya üçün xərclər və qalib şirkətlər: (10 min – 300 min AZN)

Peachline MMC, Rəqəmli Dövr MMC, Caspian Trendd MMC, İcomp MMC, Atəş-D MMC və digər şirkətlər bu sektorda tender qazanıb.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
2
1
azpost.info

2Mənbələr