EN

Times : Çin Tayvana mümkün hücum üçün ana PUA və dron sürüsü hazırlayır

Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Çin "Çzyu Tyany” ("Yüksək səma”) adlı yeni nəsil pilotsuz uçuş aparatının ilk buraxılışına hazırlaşır. Bu PUA onlarla kiçik süni intellekt əsaslı dronu havaya buraxa bilir və sürü hücumu taktikasında inqilabi dəyişiklik vəd edir. 

Qaynarinfo "The Times”a istinadla xəbər verir ki, bu texnologiya xüsusilə Tayvan boğazı bölgəsində güc balansını ciddi şəkildə dəyişə bilər.

"Çzyu Tyany” ilk dəfə noyabrda Çjuxay aviaşousunda təqdim olunub. O, 15 000 metr hündürlüyə qalxa və 6500 kilometrdən çox məsafə qət edə bilir. PUA 6 tona qədər silah və ya təxminən 100 ədəd "ləngər vuran sursat” – kamikadze dron daşımaq imkanına malikdir. Bu dronlar hədəfləri müstəqil şəkildə müəyyən edib vurur.

Ən əsas yenilik isə – bu PUA-nın bir "dron sürüsü” buraxa bilməsidir. Həmin dronlar süni intellekt şəbəkəsi vasitəsilə bir-birilə real vaxtda məlumat mübadiləsi aparır, trayektoriyalarını dəyişərək hava hücumundan müdafiə sistemlərindən yayınırlar.

Digər ölkələr də bu sahədə irəliləyirlər. Məsələn, Cənubi Koreya "Hyundai Heavy Industries” tərəfindən hazırlanmış HCX-23 adlı pilotsuz aviadaşıyıcı modelini təqdim edib. Onun qiyməti ənənəvi pilotlu aviadaşıyıcılardan azı 1 milyard dollar ucuz olacaq.

İran da geri qalmır: fevralda "IRIS Shahid Baqeri” adlı dron daşıyan gəmini istismara verib. Bu gəmi əvvəllər mülki gəmi olub və sonradan hərbi məqsədlərlə təchiz edilib.

Pekin Tayvanı özünün ayrılmaz hissəsi hesab edir və "birləşmə” üçün güc tətbiqini istisna etmir. Gərginlik ABŞ-ın adaya verdiyi daimi dəstək və Qərb siyasətçilərinin səfərlərindən sonra daha da artıb. Çin Tayvan ətrafında genişmiqyaslı hərbi təlimlər keçirir, dəniz blokadasını və mümkün desant əməliyyatını simulyasiya edir.

Buna cavab olaraq Tayvan ordusunu modernləşdirir. ABŞ isə adaya müasir silahlar – hava hücumundan müdafiə sistemləri, F-16 qırıcıları və gəmivuran raketlər göndərir.

Alpər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
6
qaynarinfo.az

1Sources