EN

Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edildi


Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EQ-595 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 44 yaşlı Vüsal Hüseynov saxlanılıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, yoxlama zamanı sürücünün narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından ona tibbi müayinədən keçmək təklif olunub.

Lakin, V.Hüseynov məsuliyyətdən yayınmaq məqsədilə polisin qanuni tələbinə tabe olmayıb və özünə xəsarət yetirməyə çalışıb. Müayinə zamanı sürücünün narkotik vasitə qəbul edərək avtomobil idarə etdiyi aşkarlanıb.

Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Vüsal Hüseynov 30 sutka inzibati qaydada həbs edilib.

ZÜMRÜD

Chosen
33
5
baki-xeber.com

3Sources