EN

“Bu addım vətəndaşlarımız üçün faydalı olacaq”

Avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri mindirib-düşürməsi üçün xüsusi yerlər yaradılır. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.  Bildirilib ki, bu yerlər əsas cəlbetmə məntəqələri, nəqliyyat vasitələrinin rahat manevr etməsi və sərnişinlərin təhlükəsizliyi nəzərə alınmaqla təşkil edilir.

Bununla bağlı nəqliyyat eksperti Aslan Əsədov Demokrat.az-a açıqlama verib.

O deyib ki, düşüb-minmə zolaqlarının təyin edilməsi uzun müddətdir ki, vətəndaşlarımızın gözlədiyi və ümid etdiyi məsələlərdən biridir:

“Əhali arasında bu, böyük məmnuniyyətlə qarşılanır və insanlar belə bir yeniliyi səbirsizliklə gözləyirlər. Belə zonalar təyin olunduqda vətəndaşlar bu yerlərdə qısa müddətli dayanmalar zamanı cərimələnməyəcəklər. Yəni, əgər bir şəxs avtomobilini həmin ərazidə saxlayıb sərnişin düşürürsə və ya mindirirsə, bu zaman texniki olaraq müəyyən edilən qısa müddət çərçivəsində cərimə yazılmamalıdır. Bunun üçün isə texniki avadanlıqlarla bu proses düzgün şəkildə tənzimlənməlidir ki, sui-istifadə halları baş verməsin. Eyni zamanda, bu zonalar əlçatan, ümumi istifadəyə açıq və təhlükəsiz yerlərdə qurulmalıdır. Məsələn, döngələrdə, parkların yaxınlığında və ya xiyabanların ətrafında lakin digər parklanma yerlərindən bir qədər aralı, məsələn, 10–15 metr məsafədə bu zolaqlar təşkil oluna bilər. Bu cür yanaşma həm nəqliyyatın təhlükəsizliyini artırar, həm də sərnişinlərin rahatlığını təmin edər. Ümid edirik ki, bu addım vətəndaşlarımız üçün faydalı olacaq və ümumi razılıqla qarşılanacaq”.

Leyla Turan 
Demokrat.az
Chosen
8
1
demokrat.az

2Sources