EN

Azərbaycanda aqrar sektor 1,5% böyüyüb

Bakı. Trend:

Bu ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumiməhsulunun faktiki qiymətlərlə dəyəri 3,706 milyard manat təşkiledib.

Trend DövlətStatistika Komitəsinə istinadən xəbər verir ki, onun da 2,839milyard manatı heyvandarlıq, 867,2 milyon manatı bitkiçilikməhsullarının payına düşür.

Məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kəndtəsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıqməhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1faiz artıb.

Ölkədə yazlıq kənd təsərrüfatı bitkilərinin əkini əsasən başaçatıb. 2025-ci il iyunun 1-i vəziyyətinə 369,8 min hektar sahədəyazlıq bitkilərin səpini aparılıb. Bu dövrdə 73,1 min hektar sahədədənli və dənli paxlalı bitkilər (ondan 33,9 min hektarı dən üçünqarğıdalı), 44,8 min hektar sahədə kartof, 59,3 min hektar sahədətərəvəz, 17,3 min hektar sahədə bostan bitkiləri, 100,6 min hektarsahədə pambıq, 12,7 min hektar sahədə dən üçün günəbaxan, 7,2 minhektar sahədə şəkər çuğunduru, 2,5 min hektar sahədə tütün, 47,8min hektar sahədə çoxillik otlar, 3,8 min hektar sahədə birillikotlar və 0,7 min hektar sahədə sair yazlıq bitkilər əkilib.

2025-ci ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diriçəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1011,2 milyon ədədyumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilib, 2024-cüilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,8 faiz, ətistehsalı 1,2 faiz, süd istehsalı 0,2 faiz artmış, yun istehsalı1,4 faiz, barama istehsalı 58,1 faiz azalıb.

Chosen
14
2
az.trend.az

3Sources