2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, qəbul prosesi mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyatın yekunlaşmasına son 3 gün qalıb.
Təhsil İnstitutundan Modern.az-a verilən məlumata görə, qeydiyyat 20 iyun saat 12:00-da başa çatacaq.
Qeydiyyat Şagirdlərin Elektron Yerdəyişmə Portalı – //sy.edu.az vasitəsilə həyata keçirilir.
Əlavə məlumat və texniki dəstək üçün //sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.