AZ

Lisey və gimnaziyalara qəbul başa çatır

2025-2026-cı tədris ili üzrə Bakı şəhəri və ölkənin müxtəlif bölgələrində yerləşən, qəbul prosesi mərkəzləşdirilmiş imtahanla həyata keçirilən bir sıra lisey və gimnaziyalara şagird qəbulu üçün imtahana qeydiyyatın yekunlaşmasına son 3 gün qalıb.

Bu barədə Teleqraf-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib k, qeydiyyat 20 iyun saat 12:00-da başa çatacaq.

Nəzərinizə çatdırırıq ki, qeydiyyat Şagirdlərin Elektron Yerdəyişmə Portalı – https://sy.edu.az vasitəsilə həyata keçirilir.

Əlavə məlumat və texniki dəstək üçün https://sy.edu.az platformasında şəxsi kabinetə daxil olaraq “Əks əlaqə” bölməsindən “Mərkəzi imtahan seçimi” qeydi vasitəsilə müraciət edə bilərsiniz.

Seçilən
11
2
teleqraf.com

3Mənbələr