EN

Qaraçuxur qəsəbəsində narkokuryerlik edən şəxsdən 3 kiloqram marixuana aşkarlanıb VİDEO

Bakı, 17 iyun, AZƏRTAC

Suraxanı Rayon Polis İdarəsinin 32-ci polis bölməsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı keçirdikləri tədbir zamanı 38 yaşlı Tural Ələkbərov Qaraçuxur qəsəbəsi ərazisində saxlanılıb. Ondan 3 kiloqram tərkibinə zərərli maddələr əlavə olunmuş marixuana aşkarlanaraq götürülüb.

Daxili İşlər Nzirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, o, narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Chosen
2
18
azertag.az

10Sources