EN

6 qəpiklik şirkətinə görə sahibkara “stop” qoyuldu

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Kommersiya Məhkəməsi "Ramin-1" Sahibkarlıq Müəssisəsinin rəhbərinin ölkədən çıxışına məhdudiyyət qoyub.

News24.az-ın məlumatına görə, buna səbəb sözügedən şirkətin Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə Tibbi Sığorta Fonduna 532,1 manat, İşsizlikdən sığorta fonduna 128,31 manat, Dövlət Sosial Müdafiə Fonduna 1639,12 manat olmaqla, ümumilikdə 2299,53 manat məbləğində borcu var.

Nizamnamə kapitalı 0.6 qəpik olan şirkətin qanuni təmsilçisi Cənanə Hüseynova Məmməd qızıdır. Məhkəmə məhdudiyyətindən sonra xanım sahibkar sözügedən vergi borcunu ödəyib./Valyuta.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
7
2
news24.az

3Sources