EN

İran İsrail ordusunun hədəfə çatana qədər aşkar edə bilmədiyi yeni raketdən istifadə etdi...-RƏSMİ

İslam Respublikasının Müdafiə Nazirliyi bildirib ki, İran çərşənbə axşamı İsrailə qarşı hücumu zamanı İsrail ordusunun hədəfinə çatmamış aşkarlaya bilmədiyi yeni raketdən istifadə edib.
 
Moderator.az  xəbər verir ki, “Tasnim” xəbər agentliyinin İran Müdafiə Nazirliyinə istinadla yaydığı məlumata görə, Silahlı Qüvvələr bu gün İsrailə hücumu zamanı yeni raketdən istifadə edib ki, düşmən hərbçiləri zərbə endirməzdən əvvəl fərqinə belə, varmayıblar.
 
Bundan əvvəl İran İslam Respublikası Ordusunun Quru Qoşunlarının komandanı general-mayor Kiyumərs Heydəri İranın Təl-Əviv, Hayfa və digər İsrail hərbi obyektlərinə “mütərəqqi silahlar” və yüzlərlə hücum pilotsuz təyyarəsi ilə hücum etdiyini və yaxın saatlarda hücumları gücləndirməyi planlaşdırdığını açıqlamışdı.
 
Sultan Laçın
 
Chosen
8
moderator.az

1Sources