EN

Tramp ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsini istisna etmir

BAKI, TurkicWorld

ABŞ prezidenti Donald Tramp, ABŞ-ın İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və Amerikanın İranın nüvə obyektlərinə, xüsusilə də Fordodakı yeraltı uran zənginləşdirmə obyektinə zərbələr endirməsi ehtimalını ciddi şəkildə nəzərdən keçirir.

TurkicWorld xəbər verir ki, bu barədə "Axios" internet portalı ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Xatırladaq ki, bundan əvvəl Tramp Truth social platformasında etdiyi paylaşımda İrandan qeyd-şərtsiz təslim olmağı tələb etmişdi. “Biz istəmirik ki, raketlər dinc sakinləri və ya amerikalı əsgərləri hədəfə alsın. Səbrimiz tükənmək üzrədir. Qeydsiz-şərtsiz təslim olun!” - deyə, o xəbərdarlıq etmişdi.

Chosen
15
47
turkic.world

10Sources