Unikal.az saytına istinadən ain.az xəbər verir.
"Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp ABŞ-nin İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulması və İslam Respublikasının nüvə obyektlərinə Amerika qüvvələri ilə zərbə endirməsi imkanlarını nəzərdən keçirir".
"Unikal" xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.
“ABŞ rəsmilərinin sözlərinə görə, Tramp müharibəyə girməyi və İranın nüvə obyektlərinə, xüsusən də Fordodakı yeraltı uranı zənginləşdirmə obyektinə zərbələr endirməyi ciddi şəkildə düşünür”, - nəşr qeyd edir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.