Xorvatiyanın “Dinamo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Futbolpress.az xəbər verir ki, Zaqreb təmsilçisi “Bavariya”dan Qabriel Vidoviçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xorvatiya təmsilçisi Münhen klubuna 1 milyon avro ödəyəcək.
Vidoviç başa çatan mövsümdə 6 oyuna çıxıb.