EN

Bakıxanov qəsəbəsində yerləşən 2 mərtəbəli bina hər an uça bilər – VİDEO

2 mərtəbəli yaşayış binası hər an uça bilər.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Bakıxanov qəsəbəsi Əli Kərim küçəsi, 46 ünvanında yerləşən binanın sakinləri hər gün qroxu ilə yaşayırlar. Sakinlər deyir ki, taxtadan inşa edilən binanın hər dəfə bir otağı uçur. Fasadı isə külək əsdikcə sözün əsl mənasında soyulur.

Sakinlər deyir ki, problemlə əlaqədar aidəyəti üzrə dəfələrlə müraciət etsələr də müsbət nəticəsi olmayıb.

Qəzalı bina ilə bağlı Sabunçu rayon icra hakimiyyətindən bildirildi ki, Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 2 mərtəbəli, 8 mənzilli bina 1955-ci ildə inşa olunub. Bina uzun müddət istismar olunduğundan yaşayış üçün tam yararsız vəziyyətə düşüb. Binanın qəzalı vəziyyətdə olması haqqında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən müvafiq aktı olmasa da, onun texniki göstəriciləri barədə məlumatlar aidiyyəti üzrə təqdim olunub.

Qeyd edilən bina ilə əlaqədar aidiyyatlı qurumların qəbul edəcəyi qərar icra olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
7
1
nocomment.az

2Sources