EN

Dibala “Əl-Hilal”ın 10 milyon avroluq təklifini rədd etdi

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Roma” komandasının hücumçusu Paulo Dibalaya rəsmi təklif irəli sürüb.

90deqiqe.Az xəbər verir ki, Səudiyyə klubu 2025-ci ildə ABŞ-da keçiriləcək klublararası dünya çempionatında iştirak etməsi üçün 30 yaşlı futbolçuya bir aylıq 10 milyon avro məvacib təklif edib.

Lakin argentinalı futbolçu bu cəlbedici təklifi rədd edib və “Roma”da qalmağa üstünlük verib.

Qeyd olunur ki, “Əl-Hilal” bu turnirdə H qrupunda “Real Madrid” (İspaniya), “Red Bull Zalsburq” (Avstriya) və “Paçuka” (Meksika) ilə mübarizə aparacaq.Xatırladaq ki, Dibala 2022-ci ilin yayında “Roma”ya transfer olunub. O, geridə qalan A Seriya mövsümündə 24 matçda 6 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Chosen
17
90deqiqe.az

1Sources