EN

İsrailin 60 təyyarəsi İrana zərbə endirmək üçün havaya qalxdı

News24 saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrail Hərbi Hava Qüvvələrinin 60 təyyarəsi İranın mərkəzinə geniş zərbə dalğası endirmək üçün bir neçə saat əvvəl havaya qalxıb.

Teleqraf xəbər verir ki, bunu İsrail Müdafiə Qüvvələrinin sözçüsü, general-mayor Effi Defrin deyib.

Onun sözlərinə görə, zərbə dalğasının hədəfi İsrailə yönəlmiş ballistik raket qurğularını məhv etməkdir.

Effi Defrin bildirib ki, İsrailin son günlərdə endirdiyi zərbələr səbəbindən İran öz qüvvələrini ölkənin mərkəzinə çəkib.

"İndi onlar raketləri İsfahandan buraxmağa çalışırlar. Onlar İranın qərb hissəsindən geri çəkiliblər, lakin biz onların arxasınca gedirik", - İsrail ordusunun rəsmisi əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
21
4
news24.az

6Sources