İran Təl-Əviv yaxınlığında yerləşən İsrailin "Mossad" kəşfiyyat xidmətinin qərargahına zərbə endirmək üçün izlənməsi və ələ keçirilməsi mümkün olmayan raketlərdən istifadə edib.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talayinik məlumat verib.
“Bugünkü hücumda izlənilməsi və qarşısının alınması mümkün olmayan raketlərdən istifadə etdik”, – nazirlik rəsmisi vurğulayıb.