EN

"Arsenal" "Mançester Siti"nin sabiq müdafiəçisini transfer etmək istəyir

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun mərkəz müdafiəçisi Aymerik Laport karyerasını yenidən Avropada davam etdirə bilər.

90deqiqe.Az-ın "AS" nəşrinə istinadən yaydığı məlumata görə, 31 yaşlı müdafiəçiyə eyni vaxtda “Arsenal”, “Atletik” və “Marsel” klubları təklif göndərib.

Hazırda “Əl-Nəsr” rəhbərliyi danışıqlara açıqdır və Laportun transferindən təxminən 25 milyon avro gəlir gözləyir. Lakin “Atletik”in maliyyə durumu transferi çətinləşdirə biləcək amillərdən biri olaraq göstərilir. Digər tərəfdən, “Arsenal” klubunun artıq keçidin şərtlərini araşdırdığı bildirilib.

Aymerik Laport 2023-cü ilin yayında İngiltərə Premyer Liqasında beş çempionluq qazanmış “Mançester Siti”dən “Əl-Nəsr”ə transfer olunub. Onun hazırkı müqaviləsi 2026-cı ilin iyun ayına qədər davam edir.

 

Chosen
17
90deqiqe.az

1Sources