EN

Qərbi Azərbaycan İcmasında “Sərhədsiz Şəfqət” mövzusunda tədbir keçirilib

Bakı. Trend:

17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə QərbiAzərbaycan İcmasında İcmanın Qadınlar Şurasının təşkilatçılığı ilə“Sərhədsiz Şəfqət” mövzusunda tədbir olub.

Qərbi Azərbaycan İcmasından Trend-ə verilən məlumata görə, tədbir ÜmummilliLider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərinəziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması iləbaşlayıb.

Daha sonra Qərbi Azərbaycan İcmasının, İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyinin, TƏBİB-in, Universal Hospitalın və digərsəhiyyə müəssisələrinin birgə təşkilatçılığı ilə 1987–1991-ciillərdə indiki Ermənistan ərazisindən zorla çıxarılan Qərbiazərbaycanlıların kompakt məskunlaşdığı Yaşma qəsəbəsi və Tərtərrayonunun Bəyimsarov kəndində keçirilmiş humanitar tibbi aksiyalarahəsr olunmuş videoçarx nümayiş etdirilib.

Açılış nitqi ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarəHeyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli QərbiAzərbaycana qayıdış ideyasının məqsəd və məramından danışıb, onunhumanitar yönləri haqqında fikirlərini bölüşüb.

Tədbirin moderatoru, İcmanın Qadınlar Şurasının sədri, MilliMəclisin deputatı Məlahət İbrahimqızı tibb işçilərinin cəmiyyətinsağlam gələcəyi naminə göstərdikləri fədakarlığı vurğulayıb.

Əsas məruzə ilə çıxış edən Qərbi Azərbaycan İcması İdarəHeyətinin üzvü, Mərkəzi Klinikanın baş direktoru professor KamranMusayev Azərbaycan səhiyyəsinin inkişafında Qərbi Azərbaycanəsilligörkəmli alimlərin – Mustafa Topçubaşov, Əziz Əliyev, ŞamamaƏləsgərova, Zərifə Əliyeva, İbrahim Topçubaşov və digərlərininroluna diqqət çəkib.

Tədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılov, İcbari TibbiSığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müşaviriNelya Veyisova, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilovçıxış edərək ölkəmizin səhiyyə sahəsindəki inkişaf tendensiyalarıvə perspektivləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyəsahəsində həyata keçirilən uğurlu islahatlar haqqında ətraflıməlumat veriblər.

Tədbirin sonunda Qərbi Azərbaycan İcması tərəfindən təşkilolunan humanitar tibbi layihələr çərçivəsində Yaşma qəsəbəsində vəTərtər rayonunda keçirilmiş aksiyalarda iştirak edən tibbişçilərinə İcma adından Fəxri fərmanlar təqdim olunub.

Sonda səhiyyə sahəsində fəaliyyət göstərən bütün tibb işçilərinəminnətdarlıq ifadə olunub və Qərbi Azərbaycan İcması tərəfindən buistiqamətdə layihələrin gələcəkdə də davam etdiriləcəyi qeydedilib.

Chosen
3
1
az.trend.az

2Sources