EN

Yeni Qərargah növbəti raket hücumu ilə bağlı Hayfa və Təl Əviv sakinlərinə səsləndi: Şəhəri boşaldın!

Mia.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

İran Baş Qərargah rəisi Əbdürrəhim Musəvi İsrailin paytaxtı Təl-Əviv və Hayfanın əhalisinə xəbərdarlıq edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, hər iiki şəhərə indiyədək görünməyən raket zərbələri endirəcəklərini bəyan edib.

İranlı general daha çox mülki insanların ölməsini istəmədiklərini deyib: "Bilin ki, indiyə qədər həyata keçirilən əməliyyatlar sadəcə çəkindirmə üçün xəbərdarlıq idi. İndisə gerçək cəza əməliyyatı həyata keçiriləcək. Bu əməliyyat tamam fərqli olacaq. İsrail indiyədək istifadə etmədiyimiz hücumu dadacaq"

Məlumatda deyilir ki, bu xəbərdarlıqdan az sonra İran İsrailə qarşı yeni raket hücumuna başlayıb.

Tahir Şəlvəli

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
2
mia.az

3Sources