AZ

AEBA-nın son hesabatı İrana hücuma imkan yaratdı – Pezeşkian

Bakı. Trend:

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin son hesabatı İsrailinİrana hücum etməsinə bəhanə yaratdı və icazəsiz hücumlara zəminhazırladı.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian xaricimediaya açıqlamasında deyib.

Onun sözlərinə görə, hətta Atom Enerjisi üzrə BeynəlxalqAgentlik bu hücumları qınamadı və ya hücumların dayandırılmasınacəhd göstərmədi. Bu isə beynəlxalq hüquqa zidd idi.

“Ümumilikdə İran AEBA-nın fəaliyyətinə müəyyən dərəcədə bədbinyanaşırdı. Çünki İsrailin AEBA-nın apardığı yoxlamalardan məlumatala biləcəyi düşüncəsi var idi. Lakin bu məsələ, agentliyin İrandaöz fəaliyyətlərini həyata keçirməsinə heç vaxt mane olmurdu.Agentlik müfəttişləri İranın nüvə obyektlərinə nəzarət və onlarımüşahidə etmək imkanına malik idi”, - deyə o qeyd edib.

Qeyd edək ki, 2 iyulda İran prezidenti Məsud Pezeşkian AEBA iləəməkdaşlığın dayandırılması üzrə qanunun qüvvəyə minməsinə dairqərar verib. İran parlamentinin qəbul etdiyi qanuna əsasən, AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişlərinin yoxlamalarkeçirmək üçün ölkəyə giriş icazəsi yoxdur. Yalnız İranın Ali MilliTəhlükəsizlik Şurası ölkənin dinc məqsədli nüvə fəaliyyəti və nüvəmərkəzlərinin təhlükəsizliyinə zəmanət verildiyini təsdiqlədiyihalda, agentlik müfəttişlərinin ölkəyə girişinə icazə veriləbilər.

Məqalədə:
Seçilən
26
2
az.trend.az

10Mənbələr