Artıq Avropa Rusiya qazından asılılığını ciddi şəkildə azaldıb.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas X hesabında yazıb.
“Bu gün Avropa Komissiyası 2027-ci ilin sonunadək Rusiya qazının idxalının qadağan olunması təşəbbüsü ilə çıxış edib. İndi isə biz kranı birdəfəlik bağlayırıq”, - Kallas qeyd edib.