EN

"İsrailin hücumları birbaşa müharibə elanıdır"

İsrailin hücumları birbaşa müharibə elanıdır.

"Ölkə.az" xəbər verir ki, bunu İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasından sonra jurnalistlərə açıqlamasında bildirib.

Səfir BMT üzv dövlətlərini susmamağa çağırıb.

Diplomat əlavə edib ki, hücumlarda Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) nəzarətində olan nüvə obyektləri, hərbi və mülki infrastrukturu hədəfə alınıb.

İrəvani bildirib ki, bu hücumlar ABŞ-nin tam dəstəyi ilə həyata keçirilib.

İran nümayəndəsi Təhlükəsizlik Şurasını dərhal hərəkətə keçməyə, İsrailin hücumlarını dayandırmağa çağırıb.

Chosen
7
5
olke.az

6Sources