İrandan İsrailə çoxsaylı raketlər göndərilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Qeyd edilir ki, hazırda bir çox şəhərlərdə sirenalar səslənir. Məlumata görə, hədəflər Təl-Əviv, Hayfa və Qaliley şəhərləridir.
İnsanlardan sığınacaqlarda qalmaları tələb olunub.