EN

Tramp İranla danışıqlardan İMTİNA ETDİ

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə təyin olunmuş yerdə İranla danışıqlar aparmaq planından imtina edib.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

"Tramp hələlik yüksək vəzifəli məmurları iranlılarla görüşmək və razılaşmaya vasitəçilik etmək üçün Yaxın Şərqdəki qarşılıqlı razılaşdırılmış yerə göndərməkdən imtina edib", - deyə telekanal bildirib.

CNN mənbələrinin məlumatına görə, Tramp indi əvvəlki mövqeyindən uzaqlaşaraq daha şahin mövqeyə keçir və İsrailin İrandakı əməliyyatına qoşulmaq ideyasını ciddi şəkildə düşünməyə başlayıb.

Chosen
27
1
publika.az

10Sources