EN

Tramp İranla danışıqlardan imtina etdi

ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə təyin olunmuş yerdə İranla danışıqlar aparmaq planından imtina edib. SİA xəbər verir ki, bu barədə CNN məlumat yayıb. "Tramp hələlik yüksək vəzifəli məmurları iranlılarla görüşmək və razılaşmaya vasitəçilik etmək üçün Yaxın Şərqdəki qarşılıqlı razılaşdırılmış yerə göndərməkdən imtina edib", - deyə telekanal bildirib. CNN mənbələrinin məlumatına görə, Tramp indi əvvəlki mövqeyindən uzaqlaşaraq daha şahin mövqeyə keçir və İsrailin İrandakı əməliyyatına qoşulmaq ideyasını ciddi şəkildə düşünməyə başlayıb.

Qeyd edilib ki, İranın bəzi addımları Trampı yenidən danışıqlara qayıtmağa sövq edə bilər. Bundan əvvəl Tramp Yaxın Şərqdəki vəziyyətlə bağlı milli təhlükəsizlik komandası ilə görüş keçirib.

Chosen
49
1
sia.az

10Sources