AZ

Pezeşkian Trampı İranla bağlı seçim etməyə çağırdı

BAKI, 7 iyul. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian ABŞ Prezidenti Donald Trampı Yaxın Şərqdə sülhü təşviq etməklə İsrailin ABŞ-ı İranla müharibəyə sürükləmək arasında seçim etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Pezeşkian amerikalı jurnalist Taker Karlsona verdiyi müsahibədə bildirib.

"Tramp regionumuzu sülhə və parlaq gələcəyə apara bilər, ya da İsraili dibsiz bir çuxura, bataqlığa sala bilər. İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-ı və ya Trampı müharibəyə sürükləmək istəyir. Seçim Amerika prezidentinin ixtiyarındadır", - deyə o söyləyib.

İran prezidenti ABŞ-ın Yaxın Şərqdə növbəti müharibənin daha böyük qeyri-sabitliyə gətirib çıxaracağını vurğulayıb və bunun onun maraqları ilə ziddiyyət təşkil edəcəyini bildirib: "Tramp başa düşməlidir ki, növbəti müharibə Yaxın Şərqdə daha böyük qeyri-sabitliyə səbəb olacaq, bu isə ABŞ-ın maraqlarına uyğun deyil".

Pezeşkian, həmçinin Trampın Netanyahu ilə bağlı qərar vermək üçün kifayət qədər səlahiyyətə malik olduğunu qeyd edib.

Seçilən
4
44
teleqraf.com

10Mənbələr