Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
ABŞ onilliklər ərzində "NR-1 Nerwin" eksperimental atom sualtı qayığından istifadə edərək Rusiyada kəşfiyyat məlumatları toplayıb.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin "The National Interest" (NI) jurnalı məlumat yayıb.
Məqalənin müəllifi Brendon Vayxertin sözlərinə görə, qayıq 1969-2008-ci illərdə ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmətində olub və ölkənin donanmasının ən kompakt nüvə sualtı qayığı hesab edilib. O klassik sualtı qayıqlar və batiskaflar arasında xüsusi yer tutub.
"Mini sualtı qayıq döyüş üçün deyil, dənizin dərinliklərində gizli araşdırmalar, qaldırma (dənizin dibindən yük çıxarılması - red.) və casus missiyaları üçün nəzərdə tutulub", - deyə Vayxert bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.