EN

ABŞ hərbçiləri Suriyadakı iki bazadan da çıxıb; Kürdlər narahatdır

ABŞ hərbçiləri Suriyanın şimal-şərqində daha iki hərbi bazanı tərk ediblər.

Musavat.com Reuters-ə istinadən xəbər verir ki, bu, ərazidəki kürd qüvvələrinin narahatlığına səbəb olub. Onlar bu narahatlığı bölgədə "İslam Dövləti"(İŞİD) terror qruplaşmasına məxsus yaraqlıların fəallaşması ilə izah edirlər.

Bildirilir ki, Suriyanın Həsəkə əyalətindəki Əl-Vəzir və Tell Beydar bazaları hazırda kürd "Suriya Demokratik Qüvvələri"nin (SDQ) kiçik bölmələri tərəfindən qorunur. Reuters mənbələrinin məlumatına görə, Amerika kontingenti "bu yaxınlarda obyektləri tərk edib".

SDQ komandiri Mazlum Abdi agentliyə verdiyi şərhdə bölgədə bir neçə yüz ABŞ hərbçisinin olmasının "İŞİD-dən gələn təhlükənin qarşısını almaq üçün kifayət etmədiyini" vurğulayıb. Onun sözlərinə görə, son həftələrdə qruplaşma yaraqlılarının fəallığı "xeyli dərəcədə artıb". Xatırladaq ki, iyunun 3-də Pentaqonun sözçüsü Səudiyyə Ərəbistanının "Əl Ərəbiyyə" telekanalına verdiyi açıqlamada ABŞ-ın Suriyadakı iki hərbi bazasını bağladığını, digərini isə SDQ-yə təhvil verdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
1
olaylar.az

10Sources