EN

Keçmiş məcburi köçkün: 32 ildən sonra Kəngərliyə qayıtmaq gözlədiyim ən böyük sevincdir

Bakı, 18 iyun, AZƏRTAC

32 ildən sonra yenidən Kəngərliyə – doğma torpağıma qayıtmaq, yaşadığım ən böyük həsrətin bitməsi deməkdir. Bu torpağa olan ümidim heç vaxt itməyib. Həmişə inanmışam ki, bir gün geri dönəcəyik. O gün bu gündür.

AZƏRTAC xəbər verir ki, bu sözləri bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün İsmayıl Bağırov deyib.

O, 1993-cü ildə – 30 yaşında kənddən çıxmalı olub. İsmayıl bildirir ki, o zaman kəndi tərk edən son sakinlərdən biri idi: “Ayrıldığım gün hələ də gözümün önündədir. Amma içimdə bir inam vardı – bu torpaqlar bir gün mütləq qaytarılacaq. O inamla yaşadım. İndi bu inam reallığa çevrilib və biz yenidən Kəngərliyik”.

O, göstərilən diqqətə və yaradılan şəraitə görə minnətdarlığını bildirib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Bu günə bizi onlar yetirdi. Allah şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı versin”.

 

Chosen
12
1
azertag.az

2Sources