EN

SEPAH: "İsrailin hava məkanına nəzarəti tam ələ keçirmişik" -VİDEO

İran gecə hücumu zamanı İsrailin hava məkanına nəzarəti təmin edib.

 

Bu barədə İRNA agentliyi İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatına istinadən məlumat yayıb.

 

“Bugünkü raket hücumu göstərdi ki, biz İsrailin səmasına tam nəzarəti ələ keçirmişik və onların sakinləri İranın raket hücumlarına qarşı tamamilə müdafiəsizdirlər”, - İİKK-nın bəyanatında vurğulanıb.

 

İsrailin "Yedioth Ahronoth" nəşri Qüds ərazisində güclü partlayış səslərinin eşidildiyini yazıb. Nəşrin məlumatına görə, İran İsrailə 20-yə yaxın raket atıb.

 

İsrail hakimiyyəti İran tərəfinin gözlənilməz bəyanatına hələlik cavab verməyib.




Chosen
9
6
senzor.az

10Sources