Azərbaycanlı FIFA referisi Elçin Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında növbəti oyununu idarə edib.
Msport.az xəbər verir ki, o, Gürcüstan – Portuqaliya matçının baş hakimi olub.
Trençin şəhərində yerləşən “Siqot” stadionunda keçirilən C qrupunun matçı portuqaliyalıların böyükhesablı qələbəsi ilə yekunlaşıb – 4:0. Məsiyev oyunda qırmızı vərəqə və penalti ilə yanaşı, 5 sarı vərəqə də göstərib. O, görüşün 5-ci dəqiqəsində gürcüstanlı Laşa Odişarianı meydandan qovub.
Qeyd edək ki, 3 turdan sonra 7 xal toplayan Portuqaliya lider kimi, eyni xala malik Fransa isə ikinci yerin sahibi kimi 1/4 finala yüksəlib.