EN

Yol polisindən kvadrisikllarla bağlı vacib xəbərdarlıq: "Əyləncə faciəyə çevrilməsin"

Bakı. Trend:

Son dövrlərdə ölkəmizdə, xüsusilə turizm və istirahətzonalarında kvadrisikllərin istifadəsi hallarında artım müşahidəolunur.

Trend BaşDövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki,bəzi hallardabu nəqliyyat vasitələri yol hərəkəti qaydaları pozularaq təhlükəliformada idarə olunur. Nəticədə, konstruktiv quruluşuna görə passivtəhlükəsizlik elementləri ilə təmin olunmayan bu növ nəqliyyatvasitələri ilə törədilən qəzalar daha ağır və faciəvi nəticələrəsəbəb olur.

Qeyd edilməlidir ki, kvadrisikllər istər ümumi istifadədə olanyollarda, istərsə də mürəkkəb relyefə malik ərazilərdə idarəedilərkən tarazlığın asanlıqla itirilməsi və açıq quruluşusəbəbindən ciddi təhlükə yaradır. Mövcud faktlar göstərir ki, bunəqliyyat vasitələri ilə baş verən qəzalar zamanı ağır bədənxəsarətləri, travmalar və ölüm halları müşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsi bu növ nəqliyyat vasitələrindənistifadə edən hərəkət iştirakçılarına müraciət edərək, yol hərəkətiqaydalarına və təhlükəsizlik tələblərinə ciddi şəkildə əməlolunmasının vacibliyini xatırladır, azyaşlıların bu növ nəqliyyatvasitələri ilə hərəkət etməsinə isə heç bir halda imkanverilməməsini valideynlərin diqqətinə çatdırır.

Unutmayaq: təhlükəsizlik hər birimizin ortaq məsuliyyətidir.

Məqalədə:
Chosen
60
43
az.trend.az

10Sources