EN

Ermənistanda rusiyalı milyarder Samvel Karapetyan saxlanılıb

Ermənistanın Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları erməniəsilli rusiyalı iş adamı, "Taşir" şirkətlər qrupunun prezidenti və təsisçisi Samvel Karapetyanı saxlayıblar.
 
Bu barədə TASS məlumat yayıb.
 
Karapetyanın saxlanmasından sonra onun tərəfdarları Nalbəndyan küçəsində, yəni DİN-in binası qarşısında toplaşıblar. Ermənistan DİN hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
 
Məlumata görə, Karapetyanın evində çərşənbə axşamı axtarış aparılıb. Bu, onun son dövrlərdə Ermənistanın baş naziri Nikol Paşinyanı tənqid etməsi fonunda baş verib.
 
Xatırladaq ki, may ayında Paşinyan Erməni Apostol Kilsəsini, xüsusilə də katolikos II Qaregini tənqid edir, onu selibatı pozmaqda ittiham edərək istefaya çağırır. Karapetyan isə kilsəni açıq şəkildə müdafiə edən bəyanatlar verir.
 
Qeyd edək ki, "Forbes" jurnalının versiyasına görə, Samvel Karapetyan 3.2 milyard ABŞ dolları sərvəti ilə Rusiya milyarderləri siyahısında 44-cü yerdədir.
Chosen
15
5
moderator.az

6Sources