Ajans.az xəbər verir ki, 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 6 % artım qeydə alınıb. May ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 8 546 523 (1 048 072 stasionar, 7 498 451 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 % artıb. Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 644 357 sayda laborator müayinələr aparılıb ki, onların da 523 243-ü stasionar, 3 121 114-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 24 % artım qeydə alınıb. May ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33 657 (31 055 stasionar, 2 602 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1 % azalma qeydə alınıb.