Bakı. Trend:
TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində2025-ci ilin may ayı ərzində ümumilikdə 2 327 302 müraciət qeydəalınıb. Bunlardan 45 605-i stasionar, 2 281 697-si ambulator olub.2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında6 % artım qeydə alınıb.
Bu barədə Trend-ə TƏBİB-dənməlumat verilib.
Məlumata görə, may ayında göstərilən xidmət sayında da ötən ilineyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ayərzində 8 546 523 (1 048 072 stasionar, 7 498 451 ambulatorolmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilənxidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14 %artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laboratorxidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 644 357 saydalaborator müayinələr aparılıb ki, onların da 523 243-ü stasionar, 3121 114-ü ambulator olub. Beləliklə, tibb müəssisələrindəgöstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illəmüqayisədə 24 % artım qeydə alınıb.
May ayı ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 33657 (31 055 stasionar, 2 602 ambulator olmaqla) olub. Ötən ilinmüvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 1 %azalma qeydə alınıb.