EN

Ekspertlər: Paşinyan Samvel Karapetyanı Azərbaycana təhvil verməklə sülhə real addım ata bilər

Rusiyalı erməni əsilli iş adamı Samvel Karapetyanın İrəvanda saxlanılması təkcə Ermənistanın daxili məsələsi deyil, həm də regional təhlükəsizlik və beynəlxalq hüquq kontekstində qiymətləndirilir.

Musavat.com xəbər verir ki, Azərbaycan Baş Prokurorluğu Karapetyanı Dağlıq Qarabağa beynəlxalq hüquqa zidd şəkildə silah qaçaqmalçılığına görə beynəlxalq axtarışa verib.

Qeyd olunur ki, onun fəaliyyətləri regionda gərginliyin artmasına və münaqişənin eskalasiyasına birbaşa təsir göstərib.

Bu fonda, Ermənistanın baş naziri Nikol Paşinyan qarşısında tarixi bir seçim durur. Ekspertlər hesab edirlər ki, Karapetyanın Azərbaycana təhvil verilməsi yalnız beynəlxalq hüquq normalarına uyğunluq deyil, həm də sülhə real bir jest ola bilər.

Paşinyan dəfələrlə Ermənistanın sülh yolu ilə irəliləmək istədiyini bəyan edib. Lakin analitiklər vurğulayırlar ki, bu cür bəyanatlar praktik addımlarla təsdiq olunmalıdır. Müharibə dövründə silah təchizatında iştirak edən şəxslərin qorunması, Ermənistanın sülh kursuna sadiqliyini şübhə altına ala bilər.

Samvel Karapetyanın təhvil verilməsi həm də “qara iqtisadiyyat”dan miras qalan kölgəli əlaqələrin kəsilməsi, regionda ədalətli münasibətlərin formalaşdırılması və Bakı–İrəvan xəttində etimadın qurulması üçün mühüm fürsət kimi təqdim olunur.

Musavat.com

Chosen
15
musavat.com

1Sources