EN

Nataliya Kiselova: Qara dəniz ölkələrinın davamlı rifahı yalnız iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə mümkündür

Bugünkü sessiya növbəti əlamətdar hadisədir.

APA xəbər verir ki, bunu Milli Məclisdə keçirilən QDİƏTPA-nın 65-ci Baş Assambleyasının plenar iclasında Bolqarıstan Respublikasının Milli Assambleyasının Prezidenti Nataliya Kiselova deyib.

Nataliya Kiselova bildirib ki, yalnız iqtisadi əməkdaşlığın gücləndirilməsi vasitəsilə Qara dəniz regionu ölkələri üçün davamlı rifahı təmin etmək mümkündür: “Təkcə regional deyil, beynəlxalq əməkdaşlığı gücləndirmək üçün kollektiv səylərimizi inkişaf etdirməliyik. Bu il Avropa İttifaqı Qara Dəniz regionunda sabitliyin gücləndirilməsi üçün yeni layihəsini təqdim edib. Bu təşəbbüs bizim maraqlarımıza uyğundur. Bu səbəbdən Qara dəniz regionunda inkişaf üçün bugünkü sessiyanın mövzusu gündəmə uyğundur. Yüksək keyfiyyətli nəqliyyat infrastrukturu təkcə ticarəti asanlaşdırmır, həm də iqtisadiyyatların rəqabət qabiliyyətini artırır. Qara dəniz regionunda davamlı səylər istixana qazı emissiyalarının azaldılmasına yönəldilməlidir. Bu dayanıqlı və təhlükəsiz inkişaf prinsiplərinə keçid etməklə vətəndaşların və bizneslərin daha böyük gözləntilərinə cavab verəcək yeni siyasətlərin qəbulunu zəruri edir. Bu gün biz QDİƏTPA üzvləri olaraq regional iqtisadiyyatın gələcəyi üçün sektorun tərəqqisinə adekvat baxışı inkişaf etdirməklə ümidləri doğrultmaq imkanlarımız var”.

Chosen
11
1
apa.az

2Sources