EN

Halil Raunti: "Azərbaycandakı yarış yüksək səviyyədə təşkil olunur"

Bakı çox möhtəşəm şəhərdir. Azərbaycandakı yarış yüksək səviyyədə təşkil olunur.

"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak edəcək Halil Raunti mətbuat konfransında deyib.

ABŞ-dən olan idmançı azərbaycanlıların qonaqpərvər olduğunu bildirib: "Buranı heç unutmayacağam. Azərbaycanda hər şey yüksək səviyyədədir. Ən gözəl azarkeşlər məhz buradadır. Uyğunlaşmaq üçün Bakıya tez gəlmişəm. Son döyüşdə məğlub olmuşam. Ən yaxşı çıxışımı Bakıda görəcəksiniz".

Qeyd edək ki, Qeyd edək ki, “UFC Fight Night” iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq. Raunti Camal Hilllə üz-üzə gələcək.

Chosen
14
2
report.az

3Sources