“Qarabağ”ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqiblərinin sayı azalıb.
"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma bu gün saat 14.00-da başlayacaq. Tədbirdən əvvəl UEFA iştirakçıları qruplara bölüb. Səpələnmişlər səbətində yer alan “Qarabağ” üçüncü qrupda qərarlaşıb.
Azərbaycan çempionunun mümkün rəqibləri 1-ci təsnifat mərhələsində üz-üzə gələcək “Virtus” (San Marino) – “Zrinski” (Bosniya və Hersoqovina), “KuPS” (Finlandiya) – “Milsami” (Moldova), TNS (Uels) – “Şkendiya” (Şimali Makedoniya) və “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütlərinin qaliblərindən biri olacaq.
İkinci təsnifat mərhələsinin oyunları iyulun 22 və 29-da keçiriləcək.