EN

Prezident İlham Əliyev Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev “Qanunun aliliyinin gücləndirilməsi:ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu”mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumunun iştirakçılarınamüraciət ünvanlayıb.

Trend xəbər verir ki,müraciətdə deyilir:

"Hörmətli simpozium iştirakçıları,

Sizi “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların vəmilli insan hüquqları təsisatlarının rolu” mövzusundaOmbudsmanların Beynəlxalq Simpoziumunun açılışı münasibətiləsalamlayıram.

Bu il Azərbaycan Respublikası Konstitusiyasının qəbuledilməsinin 30-cu, Vətən müharibəsində şanlı zəfərimizin 5-ciildönümüdür və bu münasibətlə 2025-ci il Azərbaycan Respublikasında“Konstitusiya və Suverenlik İli” elan edilmişdir. 18 iyun həmçininölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur. Bugünküsimpoziumun belə əlamətdar tarixlərlə eyni vaxta təsadüf etməsionun əhəmiyyətini artırmaqla yanaşı, Azərbaycanda müstəqillik vəsuverenlik dəyərlərinin, demokratik prinsiplərin, qanununaliliyinin və insan hüquqlarının təbliği və təşviqi baxımındanxüsusi önəm daşıyır.

İnsan hüquqları və əsas azadlıqlarının qorunması dövlətlərinbaşlıca vəzifələrindən biridir. Xüsusilə son dövrdə baş verənqlobal proseslər, geosiyasi gərginlik, informasiyatexnologiyalarının sürətlə inkişafı və rəqəmsallaşmaya keçid insanhüquqlarının müdafiəsi sahəsində yeni prioritetlərin müəyyənolunmasını, hüquq müdafiə mexanizmlərinin, habelə milli insanhüquqları təsisatlarının fəaliyyətinin gücləndirilməsinişərtləndirir. Bu baxımdan, ölkəmizdə aparılan hüquqi vəinstitusional islahatlar çərçivəsində ombudsman təsisatınınmandatının beynəlxalq hüquq normalarına tam uyğunlaşdırılmasıistiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edirvə bu tədbirlər davam etdirilməkdədir.

Simpoziumda müzakirə ediləcək mövzulardan biri qaçqınlarınhüquqları ilə bağlıdır. Bu sahədə diqqət yetirilməli olan məsələkeçən əsrin əvvələrindən başlayaraq Qərbi Azərbaycandan –Ermənistan ərazisindən yüz minlərlə azərbaycanlının zorlaçıxarılması və etnik təmizləməyə məruz qalmasıdır. Həmin dəhşətlideportasiyalardan sonra Ermənistan ərazisində bir nəfər beləazərbaycanlı qalmamış, bu ərazilərdə xalqımızın qədimtarixi-mədəni, dini-mənəvi irsi, o cümlədən abidələr, məscidlər,qəbiristanlıqlar məhv edilmişdir. Tarixi ədalət bu insanların özvətənlərinə dinc və təhlükəsiz qayıdışının təmin olunmasını tələbedir. Ermənistan azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaqhüququna hörmətlə yanaşmalıdır. Bu, bölgədə sülhün, barışığın vəinsan hüquqlarının bərqərar olması üçün vacib şərtdir.

Əminəm ki, bu simpoziumda aparılacaq müzakirələr və təcrübəmübadiləsi insan hüquq və azadlıqlarının müdafiəsi, hüquqmədəniyyətinin təbliği, təsisatlar arasında əməkdaşlığıngücləndirilməsi və qanunun aliliyinin təmin olunması üzrə gələcəkperspektivlərin müəyyən edilməsi baxımından faydalı olacaqdır.

Bir daha sizi salamlayır, simpoziumun işinə uğurlararzulayıram".

Chosen
11
50
az.trend.az

10Sources